Beyləqanda Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR

16:20 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müasir Azərbaycan tarixinin dönüş nöqtəsi, milli dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunub saxlanılmasında mühüm rol oynayan 15 İyun – Milli Qurtuluş Günü Beyləqan rayonunda təntənəli şəkildə qeyd olunub.

Hafta.az xəbər verir ki, tədbirdən öncə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Gülqoyma mərasimindən sonra Beyləqan Rayon Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri davam etdirilib. 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan bayram tədbirində rayonun tanınmış və dəyərli musiqiçiləri tərəfindən bir-birindən şən vətənpərvərlik ruhlu mahnılar, xalq musiqisi nümunələri və milli-mənəvi dəyərlərimizi tərənnüm edən musiqi nömrələri səsləndirilib. Təqdim olunan musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bayram proqramı çərçivəsində milli rəqslərimiz də nümayiş etdirilib. Rəngarəng musiqi nömrələri və yüksək səviyyədə təqdim olunan rəqs kompozisiyaları tədbirə xüsusi ovqat bəxş edərək iştirakçılarda qürur, vətənə bağlılıq və milli həmrəylik hisslərini daha da gücləndirib.

Təntənəli bayram tədbiri Azərbaycan xalqının taleyində mühüm mərhələ təşkil edən Milli Qurtuluş Gününün əhəmiyyətinin bir daha vurğulanması, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin yad edilməsi və milli-mənəvi dəyərlərimizin təbliği baxımından yadda qalan bayram tədbirlərindən biri olub.